Kəlbəcərdə çətin relyefli ərazi YANIR

01.12.2025

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kəlbəcər rayonunda noyabrın 28-də başlayan yanğın davam edir.
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, yanğının Kəlbəcər rayonunun Yuxarı Ayrım və Otaqlı kəndləri ərazisinə keçdiyi bildirilir.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın olan yer mürəkkəb relyefli dağlıq ərazidir.
"Havanın küləkli olmasının yanğınla mübarizə tədbirlərini çətinləşdirməsinə baxmayaraq, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə məlumatda bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью