Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Kəlbəcər-İstisu avtomobil yolunun Kəlbəcər şəhəri ərazisindən keçən hissəsində ağır qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, Kəlbəcər şəhər sakini 1967-ci il təvəllüdlü Bilal Nuriyevin idarə etdiyi “KİA” markalı avtomobil yoldan çıxaraq divara çırpılıb.
Nəticədə adıçəkilən sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Onun həyat yoldaşı, Kəlbəcər şəhər sakini, 1975-ci il təvəllüdlü Əminə Nuriyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev