Kəlbəcərdə faciəli şəkildə ölən Şahların FOTOSU

23.12.2024

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verildiyi kimi, dekabrın 21-də Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Publika.az xəbər verir ki, rayonun Bəylik kəndi ərazisində rayonun Qamışlı kənd sakini 1974-cu il təvəllüdlü Dadaşov Şahlar Sabir oğlu idarə etdiyi “Niva” markalı avtomobili təxminən yüz metr hündürlükdən dərəyə aşırıb. Nəticədə Şahlar hadisə yerində dünyasını dəyişib.

Mərhum özəl şirkətlərdən birində çalışırmış. Vəfat edən Şahlar Dadaşovun fotosunu təqdim edirik.

Qeyd edək ki, qəza zamanı avtomobildə olan Bakı şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimbəyli Allahverdi Elşən oğlu müxtəlif bədən xəsarətləri ilə Kəlbəcər rayonunda xəstəxanaya yerləşdirilib.

Taleh

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью