Kəlbəcərdə maşın dərəyə aşıb Ölən və yaralanan var | Icma.az
Icma.az bildirir, Mia.az portalına istinadən. Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Məlumata görə, "Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü - Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Şahlar Sabir oğlu Dadaşov aldığı xəsarətdən ölüb.
Qəza zamanı habelə sərnişin - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Allahverdi Elşən oğlu İbrahimbəyli müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, qəza yolun buzlu olması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır(Report).
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu