Kəlbəcərdə Nissan yoldan çıxıb aşdı; qadın hərbi qulluqçu öldü

14.04.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, “Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.

Məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, N saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.

Hadisənin təfərrüatları araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью