Kəlbəcərdə tuneldə avtomobil yandı FOTO/VİDEO

12.07.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Kəlbəcərə gedən yolda, tuneldə avtomobil qəfildən alışıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zülfüqarlı kəndi ərazisində baş verib.
İlkin məlumata görə, yeni inşa olunan tunellərdən birində "Toyota" markalı avtomobil yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Görülən müdaxilə nəticəsində alov söndürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью