Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az Musavat.com-a istinadla xəbər verir ki, Dövlət Turizm Agentliyi tərəfindən Kəlbəcər Dağ Kurort Turizm Mərkəzinin yaradılması məqsədilə layihənin 1-ci mərhələsi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün satınalma proseduru həyata keçirilib. Satınalma prosedurunun qalibi “Archico Project” MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin ümumi məbləği 503 860 manat təşkil edir.
Layihənin konsultantı qismində Fransanın PGI şirkəti də prosesə cəlb olunub.
Layihənin Kəlbəcərin gələcək inkişafına töhfə verəcəyi proqnozlaşdırılır. Layihənin reallaşdırılması regionun turizm potensialının yeni mərhələyə yüksəlməsinə və Kəlbəcərin turizm xəritəsində mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Qeyd edək ki, Kəlbəcərin relyefi, iqlimi qış turizmi üçün unikallığı ilə seçilir. Bu üstünlüklər rayon ərazisində qış kurort turizmi üçün əlverişli imkanlar yaradır. Kəlbəcər Dağ Kurort Turizm Mərkəzinin yaradılması rayonda məskunlaşma prosesinə və iqtisadi inkişafa müsbət təsirini göstərək.