Kəlbəcərdə zəlzələ baş verib

08.04.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 aprel, AZƏRTAC

Ağdam stansiyasından 48 kilometr cənub-qərbdə, Kəlbəcər rayonunda zəlzələ qeydə alınmışdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 00:35-də maqnitudası 3,7 olan zəlzələ baş verib. Zəlzələ ocağı Yerin 11 kilometr dərinliyində olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью