Icma.az, Apa.az portalına istinadən məlumat verir.
"İstisu" mineral su zavodu MMC 2025-ci ildə 1,7 milyon ABŞ dolları məbləğində mineral su məhsulları ixrac edib.
Bu barədə “APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən hazırlanan “İxrac icmalı”nın Yanvar sayına istinadən xəbər verir.
Qeyd edək ki, "İstisu" mineral su zavodu MMC qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında 8-ci yeri tutub.
Xatırladaq ki, 1976-cı ildə Azərbaycanın Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. 1993-2020-ci illərdəki Ermənistan işğalı dövründə zavodun fəaliyyəti dayandırılmışdı. 26 iyun 2022-ci il tarixində “İstisu” mineral su zavodunun təməli qoyulmuşdur. 2 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər. Zavodda suyun yenidən istehsalına başlanılıb.