Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kəlbəcərdə açıq ərazidə baş verən yanğın hadisəsi genişlənərək Laçın rayonunun ərazisinə keçib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hazırda yanğın hadisəsi Laçın rayonunun adsız yüksəkliklərində quru ot massivində davam edir.
Yanğın olan əraziyə FHN-in Laçın, Kəlbəcər, Gəncə və Tərtər yanğınsöndürən bölmələrinin əməkdaşları cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.