Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Azərişıq" ASC işğaldan azad edilən ərazilərdə elektrik xətləri çəkməyə davam edir.
Oxu.Az-ın məlumatına görə, "Azərişıq" ASC Kəlbəcər rayonu ərazisindəki yaşayış məntəqələrinin elektrik təchizatının təmin olunması məqsədilə "Kəlbəcər" yarımstansiyasından 35 kV-luq iki dövrəli elektrik veriliş xətti çəkilməsi üçün müvafiq işlərə hazırlaşır və bunun üçün 2 milyon 635 min 830 manat vəsait xərcləməyi planlaşdırır.
Qurum sözügedən işlər üzrə tender elan edib və təkliflərinin son təqdimolunma tarixi may ayının 27-dir.