Kəlbəcərə diametri 15 20 mm olan dolu yağıb FAKTİKİ HAVA

28.08.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Avqustun 28-i saat 15:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kəlbəcər rayon mərkəzinə saat 14:42–14:55 radələrində intensiv leysan yağışla bərabər, diametri 10–12 mm olan dolu yağıb.

Rayonun İstisu qəsəbəsi və Alagöllər ərazisinə isə saat 15:02–15:16 radələrində diametri 15–20 mm olan dolu yağıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью