Kəlbəcərə gedən köç karvanını onlar müşayiət edib

02.04.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə davam etdirilən Böyük Qayıdış  çərçivəsində Kəlbəcər şəhərinə yola salınan növbəti köç karvanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibb heyəti tərəfindən müşayiət olunub. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülüb.

Köç prosesinin təhlükəsiz və fasiləsiz təşkil olunması məqsədilə karvanı müşayiət edən təcili tibbi yardım briqadası tərəfindən sakinlərin sağlamlıq vəziyyəti nəzarətdə saxlanılıb və yolboyu ehtiyac yarandığı hallarda operativ tibbi xidmət göstərilib.

Səfər zamanı arterial təzyiq göstəricilərinin yüksəlməsi ilə bağlı müraciətlər qeydə alınıb və köçürülən sakinlərə göstərilən tibbi xidmət fasiləsiz və operativ şəkildə təmin olunub.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью