Kəlbəcərə, Laçına və Qubadlıya qar yağır Faktiki HAVA

23.11.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Noyabrın 23-ü saat 11:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 23-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərdə isə arabir qar yağıb.

Qar örtüyünün hündürlüyü Kəlbəcərdə 7, Laçında 4, Qubadlı və Şahdağda 3 sm-dir.

Düşən yağıntının miqdarı Daşkəsən və Ordubadda 11, Sədərəkdə 10, Tərtər və Gədəbəydə 9, Ağdam, Yardımlı və Şahbuzda 8, Şamaxıda 7, Göygöl, Bərdə, Göyçay, İsmayıllı və Şərurda 6, Culfada 5, Qobustan, Qrız və Xaltanda 4, Biləsuvar, Şabran, Xınalıq, Altıağac, Lənkəran və Bərdədə 3, Lerik, Ağstafa, Sarıbaş (Qax), Gəncə, Naftalan, Goranboy, Naxçıvan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2, Qəbələ, Şəmkir, Tovuz, Zaqatala, Şəki, Qusar, Mingəçevir, Astara, Yevlax, Ağdamda 1 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 19, Daşkəsən və Naftalanda 18 m/s-dək güclənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью