Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kəlbəcər rayonundan Murovdağ silsiləsi istiqamətində hərəkəti təmin edən avtomobil yolunda nəqliyyatın müvəqqəti dayandırıldığı ilə bağlı məlumat yayılıb.
Yayılan məlumatlarda yolun təxminən 1 həftə müddətinə bağlı qalacağı qeyd olunur.Bizim.Media məsələni dəqiqləşdirmək üçün modern.azAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlayıb.Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, Murov yolunda heç bir problem yoxdur:"Yol açıqdır.
Amma sürücülər ehtiyyatlı olsunlar. Həmin yola təcrübəsiz sürücülərin qalxması düzgün deyil.
Sürücülər qış fəslinə uyğun avtomobillərdən istifadə etməlidir.
Çünki həmin ərazi yüksək dağlıq ərazidir, ehtiyyatlı olmalıdılar", - A.Nəcəfli deyib.
Bizim.Media Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.