Kəlbəcərə yola salınan növbəti köç karvanı çatdı KONKRET

26.11.2025

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Kəlbəcər şəhərinə yola salınan növbəti köç karvanı çatıb.

KONKRET.az xəbər verir ki, Kəlbəcər şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə (112 nəfər) köçürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью