Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kəlbəcərin azadlığa qovuşmasından 4 il ötür Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq öz həqiqi sahiblərinə qayıdıb.
Bu gün Kəlbəcər də qələbənin qızılı rənglərinə boyanıb bayram edir!
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir.
Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.
Bunu 25 noyabr Kəlbəcər şəhəri günü münasibəti ilə Sonxeber.az-a deputat Ceyhun Məmmədov danışdı.
O, açıqlamasında qeyd etdi ki, Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi: "Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir.
Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir. Kəlbəcər rayonu Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Xanlar (Göy-Göl), Go