Kəlbəcərin bir sıra kəndlərində işıq xətlərinin çəkilişi yekunlaşıb | Icma.az
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərişıq” ASC 2024-cü ilin son ayları və yeni ilin ilk günlərində də Qarabağ və Şərqi Zəngəzurda lazımi yenidənqurma və bərpa işlərini davam etdirib.
ASC-dən SİA-ya bildirilib ki, 2024-cü ildə Kəlbəcər rayonu ərazisində 5 istiqamətdə iki dövrəli və beşdövrəli ÖİN-3 (Özünüdaşıyan İzoliyasiyalı Naqil) kabel xətlərinin çəkilişinə start verilib.
Alagöllərdə strateji obyektlərə xidmət edəcək xətlər, həmçinin Milli, Çaykənd, Qamışlı kəndləri istiqamətində xətlərin çəkilişləri yekunlaşdırılıb.
110/35 kV-luq İstisu Yarımstansiyasından Mineral su zavoduna çəkilən ikidövrəli ÖİN-3 kabel kəttinin çəkilişi davam etdirilir.
Dayaqların quraşdırılması yekunlaşdırılıb, kabellərin montaj işləri aparılır.
Xatırladaq ki, 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyevin iştirakı Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılışı baş tutub.
Laçında da dağıdılmış elektrik təsərrüfatının yenidənqurulması işləri davam edir.
Tam oxu
Xəbəri oxu