Kəlbəcərin daxili yolları belə qurulur Video | Icma.az
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Kəlbəcər şəhərinin daxili yollarının tikintisini davam etdirir.
Agentlikdən Axar.az-a verilən məlumata görə, şəhərin ilk yaşayış məhəlləsinin təməli 2023-cü il mayın 27-də Prezident İlham Əliyevin rayona səfəri zamanı qoyulub.
Şəhərin daxili yollarının 4 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub.
Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-4 ədəd, eni 3-3,5 metr, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 0.7-1,5 metr, piyada zolağının eni 2-4 metr, tramvay zolağının eni isə 4 metr təşkil edir.
Yolların torpaq yatağının eni 12-18-24-30 metr olaraq dəyişir.
Ümumi uzunluğu 26,5 km təşkil edəcək şəhər daxili yollarının birinci mərhələdə 18,9 km hissəsinin tikintisi işləri aparılır.
Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsini əhatə edən 6 km uzunluğunda daxili yollarda yol yatağının tikintisi başa çatıb, hazırda təqribən 3.6 km hissədə torpaq işləri həyata keçirilir.
Tam oxu
Xəbəri oxu