Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Kəlbəcər rayonunun İstisu qəsəbəsinin layihələndirilməsinə başlanılır.
525.az-ın dövlət satınalmalarının vahid internet portalına istinadən verdiyi məlumata görə, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Belə ki, dövlət xidməti sözügedən işlərin icrasını "Kooplayihə-AHB" firmasına həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 836 620 manat ödənilib.
İstisu qəsəbəsini layihələndirəcək şirkət 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 min manat olan şirkətin qanuni təmsilçisi Xəlilov Hüseyn Artıx oğludur.