Kəlbəcərin yeganə 20 Yanvar şəhidi Firuz Cabbarov | Icma.az
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
20 Yanvar şəhidlərindən biri Kəlbəcər rayonundan olan 1972-ci il təvəllüdlü Firuz Vəli oğlu Cabbarovdur.
Bacısı Gülanə Cabbarova Modern.az-a şəhid qardaşı haqda danışıb: “Biz Kəlbəcərdə idik. O Bakıda dayımla birlikdə qalırdı. Dayım müəllim idi.
Qardaşım da mühasibatlıq üzrə texnikum tələbəsi. Həmin gün Firuz tələbə yoldaşları ilə küçəyə çıxıb.
O dövrdə gənclərin meydana çıxma halı oldu. Ümumiyyətlə, insanlar özlərini o fikirlə sipər etmişdilər ki, bəlkə basqının qarşısını bu üsulla
Qardaşım çox vicdanlı, mehriban oğlan idi, gələcəkdə hərbçi olmaq istəyirdi. O, doğulduğu Babaşlı kəndi üçün nəsə etməyə can atırdı.
Məktəbmi tiksin, yolmu salsın... Fikirləri yaşından böyük idi. 17-18 yaşında ölkə üçün nəsə etməyi düşünürdü.
Çox təəssüf ki, arzuları yarımçıq qaldı. Çox istəyirəm ki, rayonumuzun hansısa məktəbi və ya küçəsi qardaşımın adını daşısın.
Tam oxu
Xəbəri oxu