Kəleybərli deputat: “Urmunu bərpa edə bilməsək, bölgə quru çöllüyə çevriləcək”

01.08.2025

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Urmu gölü məsələsi artıq İran üçün ciddi başağırısına çevrilməyə başlayıb.

Tribunainfo.az xəbər verir ki, gölün sürətlə quruması 5 milyon insanın yaşadığı böyük bir coğrafiyanı əkin sahəsiz qoya bilər.

Güney Azərbaycanın Kəleybər, Xudafərin və Horand şəhərlərinin İran parlamentindəki təmsilçisi Behnam Rizvani bununla bağlı məclisdə məsələ qaldırıb. O deyib ki, Urmu gölü məhv olur. “Vəziyyət dramatikdir. Gölü bərpa edə bilməsək, bütün bölgə quru çöllüyə çevriləcək”.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью