Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Azərbaycanın Baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti bitir.
Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, o, 2020-ci il may ayının 1-də vəzifəyə təyin olunub.
"Prokurorluq haqqında" qanunun 16-cı maddəsinə əsasən, baş prokurorun səlahiyyət müddəti 5 ildir.
K.Əliyevin vəzifədə olma müddəti 2025-ci il may ayının 1-də sona çatır.
Azərbaycan Konstitusiyasının 133-cü maddəsinə əsasən, paş prokuroru Azərbaycan Prezidenti Milli Məclisin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.
Qanunvericiliyin tələbinə uyğun olaraq parlament may ayının 1-dək baş prokurorun təyinatı ilə bağlı məsələyə baxmalıdır.
"Prokurorluq haqqında" qanun bir şəxsin neçə dəfə baş prokuror təyin olunmasına hər hansı məhdudiyyət qoymur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.