Kəllə beyin travması aldı, millidən ayrıldı

22.03.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Braziliya millisinin qapıçısı Alisson Bekker komandanın düşərgəsini tərk edib.

QOL.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya ilə oyunda (2:1) xəsarət alıb.

Rəqib futbolçusu Davinson Sançeslə toqquşan qapıçı kəllə-beyin travması alıb. Matçı davam etdirə bilməyən qolkoperin beyin silkələnməsi şübhəsi də var.

Bekker “Liverpul”un düşərgəsinə qayıdacaq və İngiltərədə müayinələrdən keçəcək. O, Braziliyanın seçmə mərhələnin martın 26-da Argentinaya qarşı keçiriləcək. oyununu buraxacaq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью