Kelloq: “Kiyev Vaşinqtonun 22 şərtinə razıdır”

01.05.2025

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Kit Kelloqun sözlərinə görə, Ukrayna onlarla razılaşır, o cümlədən Rusiyanın ərazi tələblərini qəbul edir.
“Ukraynalılar Rusiyanın faktiki olaraq işğal etdiyi əraziləri verməyə hazırdırlar, baxmayaraq ki, onlar bunu əbədi olaraq hüquqi cəhətdən tanımayacaqlar. Onlar başa düşürlər ki, atəşkəs əldə olunarsa, hər bir tərəf tutduğu mövqelərdə qalacaq”, - Donald Trampın xüsusi nümayəndəsi müsahibədə deyib.
Kelloq: “Ukraynada sülh üzrə 22 şərt hazırlanıb” Kelloq bildirib ki, Vaşinqton da Rusiyanın ərazi tələbləri ilə də qismən razılaşmağa hazırdır. Eyni zamanda, o, həmçinin Vaşinqtonun münaqişənin həlli üçün vasitəçilik səylərindən əl götürmədiyini diqqətə çatdırıb.
ABŞ prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, bu müharibədə heç kim hərbi yolla qalib gəlməyəcək, yeganə yol diplomatik yoldur. Ukraynalılar bunu ötən həftədən sonra yaxşı başa düşürlər, indi ruslar da bunu anlamalıdırlar.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью