Kelloq Parisdə Ukrayna danışıqlarında ABŞ nümayəndə heyətinə qatılacaq Media

17.04.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi general Keyt Kelloq Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etmək üçün Parisdəki danışıqlarda ABŞ nümayəndə heyətinə qatılacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində “Daily Caller” Donald Tramp administrasiyasının rəsmisinə istinadən məlumat verib.

Verilən məlumata görə, Kelloq Parisə səfəri zamanı ABŞ Dövlət Departamentinin katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Vitkoffla birlikdə olacaq. "Fransa liderləri ilə Ukrayna, İran və ticarət əlaqələri müzakirə olunacaq", - deyə məlumatlı mənbə əlavə edib.

“The Guardian” yazır ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin bu gün Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Trampın nümayəndələri – dövlət katibi Marko Rubio və ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Vitkoffla Ukrayna və İranla bağlı danışıqlarda iştirak edəcəyi gözlənilir.

KİV-in məlumatına görə, Rubio Makrondan əlavə fransalı həmkarı Jan-Noel Barrotla da görüşərək “Ukrayna məsələsi”, İranla yeni nüvə sazişinin perspektivləri və Yaxın Şərqdəki vəziyyəti müzakirə etməyi planlaşdırıb.

Bu gün məlum olub ki, prezident ofisinin rəhbəri Andriy Yermak, xarici işlər naziri Andriy Sibiqa və müdafiə naziri Rustem Umerov Parisə gediblər.

Səfər çərçivəsində “istəklilər koalisiyası”na daxil olan və təhlükəsizliyi təmin etməyə qadir olan dövlətlərin, xüsusən də Fransa, Almaniya və Böyük Britaniyanın nümayəndələri ilə bir sıra ikitərəfli və çoxtərəfli görüşlər nəzərdə tutulub. Bundan əlavə, hazırda Fransada olan ABŞ nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью