Kelloq Ukrayna ilə bağlı bu fikirlərini təkzib etdi

12.04.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Tayms”ın məqaləsində dediklərim təhrif olunub. Mən Ukraynanın bölünməsini nəzərdə tutmamışdım.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq sosial şəbəkə hesabında yazıb.

“Mən Ukraynanın suverenliyini dəstəkləmək üçün atəşkəsdən sonra sabitliyi təmin edən qüvvələr haqqında danışırdım. Bölünməni müzakirə edərkən müttəfiq qüvvələrin (ABŞ qoşunları olmadan) məsuliyyət zonalarını nəzərdə tuturdum. Mən Ukraynanın bölünməsini nəzərdə tutmamışdım”, – xüsusi nümayəndə bildirib.

Qeyd edək ki, K.Kelloq “Tayms” qəzetinə müsahibəsində Ukraynanın sülh sazişi çərçivəsində İkinci Dünya müharibəsindən sonra Berlin kimi bölünə biləcəyini açıqlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью