Kelloq Zelenski ilə ABŞ silahlarının tədarükünün sürətləndirilməsini müzakirə edib

15.07.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, o, Kiyevdə keçirilən görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə Amerika silahlarının NATO ilə əldə olunmuş yeni razılaşma çərçivəsində Ukraynaya tədarükünün sürətləndirilməsi məsələsini müzakirə edib.

APA xəbər verir ki, bu barədə Kelloq "X" hesabında yazıb.

“Bu gün Kiyevdə Prezident Zelenski ilə ABŞ Prezidentinin NATO ilə tarixi razılaşmasını müzakirə etdik. Bu razılaşma Ukraynaya ən müasir Amerika silahlarının tədarükünü sürətləndirəcək”, – deyə Kelloq qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью