Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kulis.az Zaur Əliyevin "Homay" mahnısı ilə bağlı yazısını təqdim edir.
Son günlərdə "Ay Yola" başqırd qrupunun "Homay" mahnısı sosial şəbəkələrdə sürətlə populyarlıq qazanıb.
Azərbaycan xalqının mifik təfəkküründə qadın ilahələri içərisində müsbət ilahə kimi Umay və ya Humay Ana obrazı var.
Orxon-Yenisey kitabələrində adı “yer-su və Umay xatun” şəklində adı qeyd edilən bu yaradıcı güc haqqında Kaşqarlı Mahmudun əsərində belə deyilir: “Qadınlar Umay ilə doğurarlar.
Umay tapılarsa oğlan olur”. Moğol inanclarında Uma olaraq adlanan bu ruh, Azərbaycan divan ədəbiyyatında “Humay” şəklini alıb.
Bütün Türk xalqları kimi Azərbaycan xalqının da inanc sistemində Humay doğurqanlığın, bərəkətin və insan taleyinin simvoludur.
Humay Ana Türk xalqlarının islam və xristianlıq dinlərini qəbul etməsi nəticəsində bu rəmzlər xalq yaddaşından silinməmişdir.