Olay.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“NOW” kanalında yayımlanacaq olan türk istehsalı “Anne Yarısı” serialının hazırlıq işləri davam edir.
OLAY yazır ki, Semih Bağcının rejissorluq edəcəyi, ssenarisini Melis Civelek, Zeynep Gür və Merve Göntemin qələmə aldığı serialın aktyor heyətinə daha iki aktyor qoşulub. Dilşah Demir maraqla gözlənilən layihədə “Fidan” obrazını canlandıracaq və tamaşaçı qarşısına “Ali”nin (Cihangir Ceyhan) bacısı kimi çıxacaq.