Kəmalə Ağazadənin vəziyyəti AÇIQLANDI: 10 gün müalicə almalıdır

22.01.2026

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin vəziyyəti stabil qiymətləndirilir".

Bu sözləri Oxu.Az-a açıqlamasında birliyin mətbuat katibi Rüfət Behcizadə deyib.

O bildirib ki, Kəmalə Ağazadə bu gün səhər saatlarında Sabunçu Tibb Mərkəzinə yerləşdirilib:

"Həkimlərin müayinələrinə əsasən, ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Artıq müalicəsinə başlanılıb. Hazırda xəstəxanada müalicəsi davam etdirilir. 10 gün müddətinə xəstəxana şəraitində müalicə alması nəzərdə tutulub. Vəziyyəti stabil qiymətləndirilir".

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью