Kəmalə Əsgərova EEVZA çempionatında hakimlik edəcək

20.11.2024

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

Apasport.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim diplomuna yeni layiq görülən Əsgərova qitəmiqyaslı yarışda ölkəmizi ilk dəfə təmsil edəcək.

O, 16 yaşadək qızlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında hakimlik edəcək.

Qeyd edək ki, noyabrın 20-23-də Polşanın Debitsa şəhərində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Latviya, Gürcüstan, Ukrayna, Litva, Estoniya və ev sahiblərinin komandası mübarizə aparacaq.

AVF rəsmisinə növbəti dəfə təyinat verilib Voleybolçularımız Alanyaya yollanıblar Voleybolçularımız təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar Avropa çempionatı Azərbaycanda! AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью