Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Müğənni Kəmalə Günəşlinin TikTok platformasında canlı yayım zamanı Zəfər Günü ilə bağlı dediyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Bakupost.az xəbər verir ki, o, istifadəçilərin "7 noyabr nə günüdür?", - sualının cavabını tapmağa çalışıb və bu zaman ironik vəziyyətə düşüb.
"Noyabrın 7-si nədir ki? 7 noyabr nə günüdür? 17 noyabrdadır Zəfər Günü, 7-si yox. 7 yox, 17. Zəfər Gününə düşür mənim ad günüm", - o cavab verib.
Video sosial şəbəkələrdə geniş yayılıb, müğənni sərt şəkildə tənqid edilib, görüntüyə "savad aşıb-daşır" kimi başlıqlar yazılıb.
Sözügedən videonu təqdim edirik:
Asena,
BakuPost