Kəmalə Məmmədzadəyə vəzifə verildi

26.11.2024

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutuna (AZSTANDART) direktor əvəz təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu, İnstitutun direktor müavini olan Kəmalə Məmmədzadədir.

O, AZSTANDART-ın rəhbərliyində bir qədər əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini təyin edilmiş İlham Bayramovu əvəz edib.

Xatırladaq ki, AZSTAND ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 3,323 milyon manatdır. İnstitut standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliklə məşğuldur.a

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью