Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı Yeni Çağ Media

29.11.2024

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi edilib.

Yenicag.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə N saylı Hərbi Hissəsinin alay komandiri, polkovnik Şəmsəddin Əmrahov Nurəddin oğlu vəzifəsindən azad edilib.

Onun yerinə polkovnik Vəliyev Kənan Şahlar oğlu təyin olunub.

Qeyd edək ki, polkovnik Şəmsəddin Əmrahov Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan humanitar yardıma nəzarət edən səlahiyyətli şəxslərdən biri olub.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью