Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı Yeni təyinat

29.11.2024

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi edilib. 

Hurriyyet.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə N saylı Hərbi Hissəsinin alay komandiri, polkovnik Şəmsəddin Əmrahov Nurəddin oğlu vəzifəsindən azad edilib. 

Onun yerinə polkovnik Vəliyev Kənan Şahlar oğlu təyin olunub. 

Qeyd edək ki, polkovnik Şəmsəddin Əmrahov Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan humanitar yardıma nəzarət edən səlahiyyətli şəxslərdən biri olub. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью