Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xüsusi riskli xilasetmə qrupları 976 müxtəlif xarakterli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı 1095 nəfər zərərçəkmişi xilas edib.
"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib.
O bildirib ki, həmçinin 101 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb: "Bununla bərabər, yanğınsöndürən-xilasedicilər tərəfindən 140 nəqliyyat və digər qəzalar zamanı 294 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 54 nəfərin cəsədi avtomobillərdən çıxarılıb".
Bizim Telegram kanalımıza abunə olun Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.