Kəmaləddin Heydərov generalı işdən azad etdi ƏMR

13.01.2026

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunub.

Avtosfer.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, general Kazımov son yaş həddi (60 yaş) ilə əlaqədar təqaüdə göndərilib.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.

Qeyd edək ki, Aqşin Kazımov 2024-cü ilin dekabr ayında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin edilmişdi.

Oxunub 32

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью