Kəmaləddin Heydərov generalı işdən çıxardı FOTO

11.03.2025

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov təqaüdə göndərilib.

Bakupost.az Ajans.az-a istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu gün səhər əmr imzalayıb.

Qeyd edək ki, Etibar İsmayılov 01.05.1966-ci ildə Bakı şəhərində anadan olub. Moskva Ali Yol və Mühəndis Qoşunları Komandanlıq məktəbini bitirib. Ailəlidir. 2 övladı var.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью