Icma.az bildirir, Moderator.az portalına istinadən.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı müəyyənləşib.
Moderator.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Tibb Xidmətinə rəhbərlik rəis müavini, kardioloq Məhsəti İbrahimliyə tapşırılıb.
Qeyd edək ki, FHN-in Tibb Xidmətinin rəisi vəzifəsini bundan əvvəl tanınmış qastroenteroloq Arzu Yusifova icra edib. Ötən ilin mayında təyin olunan A.Yusifova bir neçə gün əvvəl vəzifəsindən azad edilib.