Kəmaləddin Heydərov Kəlbəcərdə qəbul keçirəcək

24.07.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin avqust ayında şəhər və rayonlarda keçiriləcək vətəndaş qəbulu açıqlanıb.

Redaktor.az xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqust ayının 28-də vətəndaş qəbulu keçirəcək.

Müəyyən edilmiş görüş Kəlbəcər şəhərində baş tutacaq. Qəbul Kəlbəcər və Laçın sakinlərini əhatə edəcək.

Qeyd edək ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью