Kəmaləddin Heydərov musayevləri üz üzə gətirdi, müğənni açıq sual verdi: Onun qızı necə işə götürülüb? VİDEO

24.01.2026

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müğənni Təranə Qumral əri Musa Musayevin əmisi, Xalq artisti Niyaməddin Musayevin qızı Röyanın Fövqəladə Hallar Nazirliyində (FHN) şöbə müdiri vəzifəsinə təyinatlı və polkovnik rütbəsi almasına sərt reaksiya verib.

Mia.az xəbər verir ki, o, bu barədə TikTok-da canlı yayım açaraq, Niyaməddin Musayevn qızının ingilis dili üzrə müəllimlik ixtisası ola-ola FHN-də necə vəzifəyə təyinat almasını sorğulayıb.

Təranə Qumral qızının "Beynəlxalq münasibətlər" ixtisası üzrə təhsil aldığını da deyərək, Niyaməddin Musayev və qızı haqda sərt fikirlər irəli sürüb: "Onun qızı deyil, mənim qızım belə yerlərdə işləməlidir".

Onun həmin çıxışını aşağıdakı videodan dinləyə bilərsiniz.

Yeri gəlmişkən, Niyaməddin Musayev qızının rütbə alması və vəzifəyə götürülməsi barədə suala belə cavab verib: "Mən xahiş etdim, götürdülər...".

Xatırladaq ki, FHN-ni rəhbəri, general Kəmaləddin Heydərov "Kamal" təxəllüsüylə mahnılar bəstələyir. Onun Niyaməddin Musayevlə isti münasibəti də sirr deyil.

Hüseyn Namazov

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью