Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

18.04.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən aprelin 21-də Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında saat 10:00-dan Naxçıvan Muxtar Respublikası sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı Nazirliyin binasında aprelin 20-də saat 11:00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью