Kəmaləddin Heydərov onun rütbəsini artırdı

01.10.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəis müavini Bəhruz Ağayevin hərbi rütbəsi artırılıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, mayor Bəhruz Ağayevə polkovnik-leytenant hərbi rütbəsi verilib.

Məlumata görə, rütbə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə verilib.

Bəhruz Ağayev uzun müddətdir FHN-in İdman-sağlamlıq klubunda rəhbər vəzifədə fəaliyyət göstərir. O, müxtəlif illərdə nazirliyin qurumları arasında keçirilən idman yarışlarının təşkilində və yekun tədbirlərində iştirak edib.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью