Kəmaləddin Heydərov polkovnik leytenantı vəzifəyə təyin edib

09.12.2025

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinə yeni rəis əvəzi təyin olunub.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Sənan Niyazov sözügedən vəzifəyə gətirilib.

Qeyd edək ki, bu ilin aprel ayında Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi polkovnik-leytenat Vüsal Yolçiyev vəzifəsindən azad olunaraq, Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunmuşdu. Bu təyinatdan sonra Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi vəzifəsi boş qalmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью