Kəmaləddin Heydərov polkovniki vəzifədən azad edib

29.11.2024

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi edilib.

Məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə N saylı Hərbi Hissəsinin alay komandiri, polkovnik Şəmsəddin Əmrahov Nurəddin oğlu vəzifəsindən azad edilib.
Onun yerinə polkovnik Vəliyev Kənan Şahlar oğlu təyin olunub.
Qeyd edək ki, polkovnik Şəmsəddin Əmrahov Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan humanitar yardıma nəzarət edən səlahiyyətli şəxslərdən biri olub.

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью