Kəmaləddin Heydərov Polşa səfirliyini ziyarət edib FOTOLAR

13.11.2026

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Polşa Krakov şəhərində baş vermiş qanlı silahlı hücumdan sonra Azərbaycandan göstərilən dəstəyə görə təşəkkür edib”.

Gununesi.info  xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilib.

Səfirlik Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova faciə ilə əlaqədar başsağlığına, eləcə də ifadə etdiyi dəstək və həmrəyliyə görə minnətdarlığını bildirib.

Açıqlamada həmçinin Azərbaycan vətəndaşlarına, eləcə də Bakıda akkreditə olunmuş diplomatik korpusun üzvlərinə Polşaya göstərdikləri dəstək və həmrəyliyə görə təşəkkür edilib.

Səfirlik Polşanın bu ağır günlərində göstərilən diqqət və dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb.

Firuzə Mahmudova

Gununesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью