Kəmaləddin Heydərov Polşada... Video | Icma.az
Icma.az, Axar.az portalına istinadən məlumat yayır. Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan Respublikası və Polşa Respublikası arasın
Bu barədə Axar.az-a Azərbaycanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Tədbirlərdə iştirak etmək üçün Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Polşaya səfər edib.
Əvvəlcə, K.Heydərov və Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri, Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini Mixal Baranovski Azərbaycan-Polşa biznes forumunun açılış mərasimində iştirak ediblər.
Tədbirdə çıxış edən K.Heydərov iki ölkə arasında siyasi əlaqələrin uğurlu inkişafının iqtisadi əməkdaşlığın da genişlənməsi üçün əlverişli imkanlar yaratdığını qeyd edib.
Sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, eləcə də nəqliyyat, dəmir yolu infrastrukturu, kənd təsərrüfatı, turizm, qida, tikinti, enerji və digər sahələrdə əməkdaşlığın inkişafının ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Azərbaycanda xarici sərmayədarlar üçün formalaşdırılmış əlverişli biznes və investisiya mühitinin Polşa şirkətlərinin ölkə iqtisadiyyatına sərmayə yatırmaları baxımından geniş imkanlar yaratdığını bildirən nazir, keçirilən biznes forumun iqtisadi əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Forumda çıxış edən M.Baranovski Azərbaycan və Polşa arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, bu istiqamətdə məqsədyönlü tədbirlər görüldüyünü, keçirilən biznes forumun münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.
Tam oxu
Xəbəri oxu