Kəmaləddin Heydərov rəisi işdən çıxardı Yeni TƏYİNAT

25.08.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Qiymətqoyma Mərkəzinə yeni rəhbər təyin edilib.

"AzPolitika"-nın əldə etdiyi məlumata əsasən, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mərkəzin əvvəlki rəhbəri Aleksey Teymuroviç Şahhüseynov tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Məmmədova Ləman Aydın qızı təyin olunub.

Qeyd edək ki, Aleksey Şahhüseynov bu posta 2024-cü ilin yanvarında gətirilmişdi.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью