Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə rəis müavini təyin olunub
Qaynarinfo-nun məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin müvafiq əmri ilə Nəcəf Novruzov Bakı Regional Mərkəzinə rəis müavini təyin edilib.
Qeyd edək ki, Nəcəf Novruzov bundan əvvəl Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.
Bir neçə ay əvvəl vəzifəsindən azad olunub. Xatıradaq ki, Nəcəf Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşıdır.
Əhməd Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.